Tibbi xəbərlər
Azərbaycanda əhalinin 47%-i icbari tibbi sığortadan yararlanıb
Tibbi xəbərlər
217

Azərbaycanda əhalinin 47%-i icbari tibbi sığortadan yararlanıb

Azərbaycanda əhalinin 47%-i icbari tibbi sığortadan yararlanıb.

E-saglam.az "Report"a istinadən xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev qurumun hesabatını təqdim edərkən deyib.

Agentlik sədri bildirib ki, son bir ildə tibbi xidmətlərin sayında 30 % artım olub: "Bu gün bir pasiyentə düşən xidmət sayında 1.5 dəfə artım müşahidə olunub".

Onun sözlərinə görə, icbari tibbi sığorta üzrə ən çox müraciət edilən xəstəliklər sırasında ilk yerdə ümumi tibbi müayinə gəlir ki, bu da həkim baxışı, qəbuludur: "Daha sonra endokrin sistemin xəstəlikləri, maddələr mübadiləsi və qidalanma pozuntuları, tənəffüs sistemi xəstəlikləri və qan dövranı sistemi xəstəlikləri gəlir. Bu il göstərilən tibbi xidmətlərin 59%-i regionların payına düşüb. Bu ilin yanvar-oktyabr aylarında 4,5 milyon şəxs icbari tibbi sığorta çərçivəsində tibbi xidmət alıb. Bu o deməkdir ki, ölkə əhalisinin 47%-i icbari tibbi sığortadan yararlanıb. İlin sonuna pasiyent sayının daha da artacağı məlum məsələdir".

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun