Tibbi xəbərlər
Azərbaycanda sağlam doğuşla əlaqədar
Tibbi xəbərlər
320

Azərbaycanda sağlam doğuşla əlaqədar həkimlərə bonuslar veriləcək - YENİLİK

Tibbi xidmətlərin çeşidinin artırılması ilə bağlı işlər gedir.

E-saglam.az APA-ya istinadən xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin iclasında "İlkin səhiyyə xidməti: mövcud vəziyyət, görülən işlər, problemlər və onların həlli yolları” mövzusunda ictimai dinləmədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyəti sədrinin müşaviri İsa Əliyev deyib.

İsa Əliyev bildirib ki, məqsəd bu gün xidmətlər zərfində olan 35 ilkin tibbi xidməti yaxın 5 ildə 150-yə çatdırmaqdır: “Bərdədə tətbiq olunan pilot layihədə bu xidmətlərin sayı 83-ə çatdırılacaq. Ana-uşaq sağlamlığı bizim üçün prioritetdir. Bunun üçün həkimlərə motivasiya verilməsi düşünülür. Hamilə qadınların qeydiyyatı, sağlam doğuşunun həyata keçirilməsi üçün həkimlərə bonuslar veriləcək. Bu da həkimləri stimullaşdırılacaq”.

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun