Tibbi xəbərlər
Azərbaycanla Gürcüstan arasında quru sərhədləri açıla bilər? - Deputatdan açıqlama
Tibbi xəbərlər
188

Azərbaycanla Gürcüstan arasında quru sərhədləri açıla bilər? - Deputatdan açıqlama

Azərbaycanla Gürcüstan arasında quru sərhədləri açıla bilər? - Deputatdan açıqlama

Quru sərhədlərin bağlanmasının gələn ilin aprelinə qədər uzadılması fonunda sözügedən məsələ ətrafında müxtəlif fikirlər səslənir. Bu günlərdə Milli Məclisin deputatı Vahid Əhmədov  təhlükəsizlik baxımından quru sərhədlərimizin bağlanmasını vacib hesab etsə də, sərhədin müəyyən hissəsinin xüsusi rejim altında açılmasını təklif edib. Bu əsasda o, təklif edib ki, Gürcüstan-Azərbaycan sərhədində müəyyən yumşalmalar həyata keçirilsin:

“Çünki Gürcüstan Azərbaycanın strateji müttəfiqidir, rəsmi Tbilisi ilə kifayət qədər sıx əlaqələrimiz var. Məhz bunun üçün də Gürcüstanla olan sərhəddə xüsusi rejim tətbiq etməklə insanların gediş-gəliş ilə bağlı müəyyən şərait yarada bilər”.

Valyuta.az-a açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə bildirir ki, bu barədə qərarı hökumət verməlidir: 

“Bu barədə qərarı informasiyaların içində olan və bu informasiyaların ölkədə epidemoloji vəziyyətə nə dərəcədə təsir edəcəyi barədə ciddi nüfuzlu insanların rəyinə malik olan şəxs verə bilər. Kənardan deyə və arzu edə bilərik ki, açılsın, amma hesab edirəm ki, qərarı hökumət verməlidir. Çünki bütün məsələlər barədə tam məlumata onlar malikdir. Hökumət isə bir qayda olaraq qərarları mütəxəssislərin rəyi əsasında verir”.

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun