Xəbərlər
Britaniyada üç yaşlı uşaq iki ildir yemək yemir
Xəbərlər
214

Britaniyada üç yaşlı uşaq iki ildir yemək yemir

Britaniyalı qadın üç yaşlı oğlunun iki ildir yemək yemədiyini bildirib.

E-saglam.az xəbər verir ki, bu barədə "Daily Star" məlumat yayıb.

Hayton sakini Cess Makkormik iki ildir demək olar ki, heç nə yeməyən oğlu Ronninin sağlamlığı üçün mübarizə aparır. Doğuşdan bəri oğlan normal inkişaf edib və ana südü ilə qidalanıb, lakin 18 aydan sonra yeməkdən imtina etməyə başlayıb.

İndi o, hələ də yalnız süd içə bilir. Qalan qidalar isə onda qusma, qarın ağrısı və ishal yaradır.

Ailə onlarla həkimə müraciət etsə də, uşağa dəqiq diaqnoz qoyulmayıb. "Mən sadəcə onun yaxşılaşmasını istəyirəm. O, yeməkdən qorxmadan normal yaşamağa layiqdir", - Makkormik əlavə edib.

Oxu.az

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun