Sağlamlıq
Uzunömürlülük üçün nə daha vacibdir:
Sağlamlıq
186

Uzunömürlülük üçün nə daha vacibdir: genetika, yoxsa həyat tərzi?

Tibb elmləri namizədi, Piroqov Universitetinin Rusiya Gerontoloji Elmi-Kliniki Mərkəzi nəzdində Yaşlanmanın Öyrənilməsi İnstitutunun elmi işçisi Mixail Bolkov insanın gözlənilən ömrünü nəyin müəyyən etdiyini izah edib.

E-saglam.az xəbər verir ki, onun sözlərinə görə, genetikanın rolu çox vaxt həddən artıq qiymətləndirilir - əslində o, uzunömürlülüyün yalnız 25%-nə cavabdehdir. Digər 25% uşaqlıqda həyat şəraitindən, qalan 50% isə yetkinlik və qocalıqda həyat tərzindən asılıdır.

Son iki əsrdə orta ömür uzunluğu iki dəfə artıb. Bu, genetika ilə deyil, yaxşılaşdırılmış sanitariya, təmiz suya çıxış, peyvəndlər və antibiotiklərin meydana gəlməsi ilə bağlıdır. Nəticədə infeksiyalardan ölüm halları kəskin şəkildə azalıb, xroniki xəstəlikləri olan insanlar uzun ömür sürmək şansı qazanıblar.

Alimlər artıq laboratoriyalarda heyvanların ömrünü uzadır, itlər üçün maddələr mübadiləsini ləngidən dərmanlar hazırlayırlar. Bununla belə, bu cür dərmanlar insanlar üçün hələ təhlükəsiz deyil - uzun müddət istifadəsi səbəbindən yan təsirlər mümkündür. Buna baxmayaraq, mövcud dərmanların kombinasiyası ömrü 1-2 il artıra bilər ki, bu da artıq ciddi nailiyyət hesab olunur.

Tərcümə: Könül Oruc

E-saglam.az 

Əlaqəli Xəbərlər

Oxuduğunuz xəbərlə əlaqəli digər məqalələr

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun