Tibbi xəbərlər
Burnundakı tükü qopartdı, yerə yıxılıb qaldı:
Tibbi xəbərlər
241

Burnundakı tükü qopartdı, yerə yıxılıb qaldı: Səbəbini həkim açıqladı

Burun tüklərini qopartdıqdan sonra özünü pis hiss edib yıxılan gənc qadının görüntüləri müzakirələrə səbəb olub.

E-saglam.az xəbər verir ki, mütəxəssislər bildirirlər ki, burun tükləri toz, bakteriya və allergenlərin ağciyərlərə keçməsinin qarşısını alan təbii filtrlərdir. Onların tamamilə təmizlənməsi isə immun müdafiəni zəiflədir və sağlamlıq üçün risk yaradır.

Ekspertlərin sözlərinə görə, burun tüklərinin çıxarılması infeksiya, batıq tüklər, yanıqlar, şişlik və qıcıqlanma ilə nəticələnə bilər. İsti mumun tətbiqi burun daxilindəki həssas toxumaları zədələyərək ağrı və narahatlıq yaradır.

Həkimlər həmçinin prosedur zamanı başgicəllənmə və huş itirmə hallarının da baş verə biləcəyini qeyd edirlər. Burun keçidləri həssas bölgə olduğu üçün xırda yaralar belə bakteriyaların daxil olmasına şərait yarada bilər.

Mütəxəssislərin məsləhəti budur ki, burun tükləri tam çıxarılmamalı, yalnız ehtiyac olduqda kəsici alətlə qısaldılmalıdır. Bu, həm estetik görünüşü qorumağa, həm də orqanizmin təbii müdafiəsini zəiflətməməyə kömək edir.

Tərcümə: Könül Oruc

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun