Qidalanma
Canan Karatay ən sağlam turşu növünü
Qidalanma
151

Canan Karatay ən sağlam turşu növünü açıqladı

Prof. Dr. Canan Karatay, qış aylarında süfrələrdə turşu kələmin mütləq olmasının vacibliyini vurğulayıb.

E-saglam.az xəbər verir ki, onun sözlərinə görə, bu turşular həm ürək-damar xəstəlikləri, həm də immunitet sistemi üçün əhəmiyyətli faydalar təqdim edir.

Karatay bildirir ki, “Tuzlu kələm dünyanın ən əhəmiyyətli dərmanlarından biridir. Xərçəng və ürək xəstəliklərinin qarşısını alır, Alzheimer riskini azaldır, qaraciyəri təmizləyir və qan şəkərini tarazlayır.”

Turşu kələmin faydaları:

  • Yüksək E vitamini tərkibi dəri və diş sağlamlığını dəstəkləyir.

  • Ürək sağlamlığını qoruyur, damar xəstəliklərinə qarşı təsirlidir.

  • Ağrı kəsici xüsusiyyətlər sayəsində bəzən şirəsi ağrılara faydalı olur.

  • Xolesterol səviyyəsini aşağı salmağa kömək edir.

  • Güclü C vitamini mənbəyi kimi soyuqdəymədən qoruyur.

Evdə turşu kələm necə hazırlanır?

Lazım olan inqrediyentlər:

  • 1 orta kələm

  • Yarım stəkan qaya duzu

  • 3 baş sarımsaq

  • 1 çay qaşığı limon turşusu

  • 1 stəkan üzüm sirkəsi

  • Su

Hazırlanması:

  1. Kələmin xarici yarpaqlarını çıxarın, kökünü kəsin və yarpaqları kobud doğrayın.

  2. Dərin bir qaba qoyun, qaya duzunu səpin və 10 dəqiqə sürtün.

  3. Yuduqdan sonra sterilizasiya edilmiş bankaya yerləşdirin.

  4. Sarımsaq dişlərini ayırın və kələmlərin arasına qoyun.

  5. Limon turşusunu sirkə ilə qarışdırıb bankaya əlavə edin.

  6. Qalan miqdarı su ilə doldurun və qapağı sıx bağlayın.

  7. Bankanı çevirin və yaxşı qarışdırın.

  8. Təxminən 15 gün sərin və quru yerdə saxlayın.

Bu müddətin sonunda turşularınız yeməyə hazır olacaq. Süfrənizə həm ləzzət, həm də sağlamlıq qatacaq bu turşu yeməklərlə rahatlıqla təqdim edilə bilər.

Tərcümə: Könül Oruc

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun