Yeni Klinikada yenidoğulmuşlar üçün neonatal inkubator (küvəz) cihazlarının sayı artırılacaq.
E-saglam.az xəbər verir ki, klinika üçün 5 ədəd neonatal inkubator (küvəz) sifariş edilib.
Cihazların təchizatını Azərbaycanın tibb bazarında fəaliyyət göstərən "Terra Pharm" şirkəti həyata keçirəcək. Şirkət küvəzlərə 1 il zəmanət təqdim edəcək və həmin müddət ərzində texniki servis xidmətini də təmin edəcək.