Əczaçı Sheena Bagga, tip 2 diabetin inkişafının illər tələb etdiyini bildirib.
E-saglam.az xəbər verir ki, o, Daily Mirror-a müsahibəsində, bu ciddi xəstəlikdən əvvəlki vəziyyət olan prediabetin əlamətlərini açıqlayıb.
Bagga izah edib ki, prediabet qan şəkərinin normadan yüksək olduğu, lakin tip 2 diabet üçün kifayət qədər yüksək olmadığı bir vəziyyətdir. Həyat tərzində dəyişiklik edilmədikdə, prediabet zamanla diabetə çevrilə bilər.
Mütəxəssisin xəbərdarlıq etdiyi əsas əlamətlər bunlardır:
-
Həddindən artıq yorğunluq və letarji vəziyyət
-
Tez-tez sidiyə çıxma
-
Səbəbsiz arıqlama
-
Görmə qabiliyyətində dəyişiklik
-
Daim susuzluq hissi
-
Tez-tez infeksiyalara tutulma
-
Kəsik və yaraların daha yavaş sağalması
Bagga vurğulayır ki, bu əlamətlərdən hər hansı biri müşahidə olunarsa, qan şəkərinin yoxlanılması və həkim məsləhəti alınması vacibdir. Erkən tədbir prediabetin diabetə çevrilməsinin qarşısını almağa kömək edə bilər.
Tərcümə: Könül Oruc