Xəbərlər
Çimərlikdə bizi gözləyən 5 təhlükə:
Xəbərlər
96

Çimərlikdə bizi gözləyən 5 təhlükə: Onlardan necə qorunmalı?

Həkim Zoe Watson yayda dəniz və ya hovuz yaxınlığında olarkən qarşılaşa biləcəyimiz 5 əsas təhlükə barədə danışıb.

E-saglam.az xəbər verir ki, həkim onlardan necə qorunmaq lazım olduğunu izah edib.

1. Sürüşmə və zərbələr

Hovuz və dəniz kənarı çox sürüşkən ola bilər. Suyun içindən və ya kənarından çıxarkən ehtiyatlı olun, yıxılaraq zədə alma riskiniz var.

2. Soyuq su şoku

Çox soyuq suya birdən girmək bədənə şok effekti verə bilər. Bu zaman ürək döyüntüsü və təzyiq artır, nəfəs alma çətinləşir. Belə vəziyyət boğulma riski yaradır. Bunun qarşısını almaq üçün suyun içinə yavaş-yavaş girin.

3. Hipotermiya (bədənin soyuması)

Soyuq suda uzun müddət qalmaq bədənin həddindən artıq soyumasına, yəni hipotermiyaya səbəb ola bilər. Əgər üşüyürsünüzsə, dərhal sudan çıxıb isinmək lazımdır.

4. Əzələ tutulması (kramp)

Soyuq su əzələlərin qıcolmasına səbəb ola bilər. Bu, üzərkən təhlükəli ola bilər. Üzməyə başlamazdan əvvəl bədəni isidin və suya tədricən girin.

5. Soyuma riski hamamdan sonra da davam edir

Suyun içindən çıxandan sonra bədən təxminən 20 dəqiqə daha soyumağa davam edir. Xəstələnməmək üçün dərhal paltar geyin, isti içki için və özünüzü bürüyün.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun