Sağlamlıq
Zərərsiz və sağlıqlı bildiyimiz şüşə butulkalar daha təhlükəli imiş -
Sağlamlıq
130

Zərərsiz və sağlıqlı bildiyimiz şüşə butulkalar daha təhlükəli imiş - alarkən buna diqqət edin

Fransada aparılan yeni araşdırma illərdir doğru bildiyimiz bir fikri alt-üst edib.

E-saglam.az xəbər verir ki, Fransa Qida Təhlükəsizliyi Agentliyi (ANSES) tərəfindən aparılan tədqiqat göstərib ki, şüşə butulkalardakı içkilər plastik butulkalardan 5-50 dəfə daha çox mikroplastik ehtiva edir.

Ən maraqlısı isə bu mikroplastiklərin şüşə qabdan yox, metal qapaqların üzərindəki boyadan içkilərə keçməsidir. Bu boya, saxlama zamanı şüşənin səthinə sürtünərək mikroplastik hissəcikləri içkiyə buraxır.

Araşdırmada su, soda, limonad, pivə və şərab nümunələri incələnib. Nəticələr belədir:

  • Şüşə butulkalarda: orta hesabla 100 mikroplastik hissəcik/litr

  • Plastik butulkalarda: təxminən 1,6 hissəcik/litr

  • Metal qutularda: daha az miqdarda

  • Sodada: 30 hissəcik/litr

  • Limonadda: 40 hissəcik/litr

  • Pivədə: 60 hissəcik/litr

  • Şüşə qablaşdırılmış suda: 4,5 hissəcik/litr

  • Şərabda: demək olar ki, heç yoxdur

Tədqiqatı aparan doktorant Iseline Chaib bildirib:

"Biz şüşəni daha təhlükəsiz hesab edirdik. Amma qapaqlardakı boya bu problemin gözlənilməz səbəbi oldu".

Bu araşdırma göstərir ki, hətta ekoloji cəhətdən "təhlükəsiz" hesab etdiyimiz məhsullar da düşündüyümüz qədər təmiz olmaya bilər.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun