Tibbi xəbərlər
Çinli alimlər insan gözündən daha sürətli işləyən
Tibbi xəbərlər
85

Çinli alimlər insan gözündən daha sürətli işləyən bionik sensor hazırlayıb

Çinli tədqiqatçılar işıq dəyişikliklərinə insan gözündən daha tez uyğunlaşa bilən bionik sensor yaradıb.

E-saglam.az xəbər verir ki, bu barədə "South China Morning Post" qəzeti məlumat yayıb.

Fucou Universitetinin alimləri insan retinasının işığa uyğunlaşma qabiliyyətindən ilhamlanaraq oxşar reaksiya verə bilən texnoloji sensor hazırlayıblar. Ənənəvi rəqəmsal görmə sistemləri yüksək enerji sərfiyyatı və yavaş vizual emal kimi problemlərlə üzləşsə də, yeni sensor bu çətinlikləri aradan qaldırır.

Tədqiqatçılar bildiriblər ki, bu sensor qaranlıq və işıq arasındakı kəskin dəyişikliklərə cəmi 40 saniyə ərzində uyğunlaşa bilir. Müqayisə üçün, insan gözü bu prosesi 2-30 dəqiqəyə tamamlayır.

Sensorda işığı elektrik siqnallarına effektiv şəkildə çevirə bilən və ani dəyişikliklərə uyğunlaşan kvant nöqtələri adlı nanoölçülü yarımkeçiricilərdən istifadə olunub.

Araşdırmanın nəticələri ABŞ Fizika İnstitutunun "Applied Physics Letters" jurnalında dərc olunub.

BAKU.WS

E-saglam.az 

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun