Qidalanma
Çobanyastığının
Qidalanma
115

Çobanyastığının gizli təhlükəsi

Çobanyastığı adətən sağlamlıq simvolu kimi tanınsa da, mütəxəssislər bu bitkinin göründüyü qədər zərərsiz olmadığını bildirirlər.

E-saglam.az xəbər verir ki, klinik psixoloq İrina Korjayeva Life.ru-ya müsahibəsində qeyd edib ki, çobanyastığı həlimindən istifadə edərkən diqqətli olmaq vacibdir. Bitkinin hansı ərazidə və şəraitdə yetişdiyi, tərkibindəki maddələr və istifadə edilən hissəsi mütləq nəzərə alınmalıdır. Əks halda həddindən artıq qəbul sərxoşluq və zəhərlənmə yarada bilər.

Həkimlər bildirirlər ki, çobanyastığı bu hallarda istifadəyə əks göstərişdir:

  • Asterlərə (ağ çiçək ailəsi) qarşı allergiya

  • Hamiləlik dövrü

  • Ana südü ilə qidalanma

  • Kəskin mərhələdə olan xroniki xəstəliklər

  • Qan durulducu (antikoaqulyant) dərmanlar qəbul edən şəxslər

Çünki çobanyastığı tərkibindəki hidroksikumarinlər adlı maddə qanın laxtalanmasını ləngidir və dərmanların təsirini artıra bilər. Bu isə qanaxma və göyərmələrə səbəb ola bilər.

Diyetoloq Elena Solomatina əlavə edib ki, həlimin həddindən artıq miqdarda qəbul edilməsi zəiflik, ürəkbulanma və baş ağrısı kimi yan təsirlər yarada bilər.

Bununla belə, çobanyastığı düzgün və ehtiyatla istifadə olunarsa, iltihabəleyhinə, antiseptik, sakitləşdirici təsir göstərir və yuxunu yaxşılaşdırır. Amma istənilən halda, qəbul etməzdən əvvəl həkimlə məsləhətləşmək vacibdir.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun