Qidalanma
Daimi omeqa-3 qəbulu qocalmanın qarşısını alır -
Qidalanma
389

Daimi omeqa-3 qəbulu qocalmanın qarşısını alır - ARAŞDIRMA

Alimlər müəyyən ediblər ki, Omeqa-3 vitamininin müntəzəm qəbulu bioloji qocalmanı yavaşlada bilər.

E-saglam.az xəbər verir ki, Harvard Universiteti və Sürih Universitetinin tədqiqatçılarının da daxil olduğu beynəlxalq elmi qrup, yaşa bağlı hüceyrə və orqan dəyişikliklərini öyrənmək məqsədilə 3 il müddətində 777 yaşlı isveçrəli üzərində klinik sınaqlar aparıb.

Tədqiqatın nəticələrinə əsasən, gündə 1 qram Omeqa-3 qəbul edən şəxslərdə bioloji qocalma, bu əlavəni qəbul etməyənlərlə müqayisədə təxminən 4 ay yavaşlayıb.

Alimlər əlavə ediblər ki, D vitamini qəbul edən və həftədə ən azı 3 dəfə, 30 dəqiqəlik fiziki fəaliyyətlə məşğul olan şəxslər bu təsirlərdən daha çox fayda götürüblər.

Mütəxəssislər vurğulayırlar ki, Omeqa-3 ilə zəngin qidalanma tərzi iltihabın azalması, oynaqların sağlamlığının yaxşılaşması, eləcə də ürək-damar xəstəlikləri, xərçəng və demans riskinin azalması ilə sıx əlaqələndirilir.

Zəhra Niftiyeva 

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun