Tibbi xəbərlər
Deputat onkoloji xəstəliklərin müalicəsinin icbari tibbi sığorta zərfinə daxil olunmasını təklif etdi
Tibbi xəbərlər
163

Deputat onkoloji xəstəliklərin müalicəsinin icbari tibbi sığorta zərfinə daxil olunmasını təklif etdi

Milli Məclisin iclasında Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov icbari tibbi sığorta ilə bağlı bir sıra problemin olduğunu bildirib.

E-saglam.az-ın məlumatına əsasən, deputat deyib ki, klinikalarda olan müasir tibbi avadanlıqlar sıradan çıxıb.

Əhliman Əmiraslanov onkoloji xəstəliklərin müalicəsinin icbari tibbi sığorta paketinə daxil olunmasını təklif edib.

“Onkoloji xəstəliklərin müalicəsi icbari tibbi sığorta zərfinə daxil edilməlidir”, - deyə komitə sədri əlavə edib.

Mənbə: Oxu.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun