Alimlər yeni bir araşdırmada sübut ediblər ki, dəriyə uzunmüddətli təzyiq beyin funksiyalarına mənfi təsir göstərə bilər.
E-saglam.az xəbər verir ki, bu nəticəyə gəlinməsi üçün laboratoriya siçanları üzərində aparılan təcrübələrdə dərinin həssas sinir uclarına davamlı təzyiqin yaddaş zəifliyi ilə əlaqəli olduğu müəyyən edilib.
Amerikalı nevroloqların rəhbərlik etdiyi bu tədqiqatda iştirak edənlər bildirirlər ki, dərinin müəyyən nöqtələrinə uzun müddət təzyiq göstərildikdə beyində hipokampus adlı yaddaş bölgəsindəki neyronların aktivliyi azalır. Bu, gündəlik həyatda uzun müddət bərk səthdə oturmaq, dar geyimlər geyinmək və ya təkrarlanan təzyiqə məruz qalmaq kimi vəziyyətlərin koqnitiv funksiyalara təsir edə biləcəyini göstərir.
Nə etməli?
Mütəxəssislər uzun müddət eyni vəziyyətdə oturmamağı, rahat və dərini sıxmayan geyimlər seçməyi, həmçinin bədənə tez-tez hərəkət verdirməyi tövsiyə edirlər. Bu, yalnız qan dövranı üçün deyil, həm də beyin sağlamlığı üçün vacibdir.
Könül Oruc