İyul-avqust aylarında yetişən, tünd bənövşəyi rəngi və turşməzə dadı ilə seçilən göyəm təkcə dadlı meyvə deyil, həm də sağlamlıq baxımından çox faydalı bir təbii nemətdir.
E-saglam.az xəbər verir ki, tərkibindəki vitamin və minerallar orqanizmə saysız-hesabsız xeyir verir.
1. İmmuniteti gücləndirir
Göyəm C vitamini ilə zəngindir. Bu da onu immun sistemini gücləndirən, orqanizmi virus və infeksiyalardan qoruyan güclü bir silaha çevirir.
2. Həzm sistemini tənzimləyir
Liflə zəngin olduğu üçün bağırsaq fəaliyyətini yaxşılaşdırır, qəbizlik problemini aradan qaldırır və mədə-bağırsaq sistemini rahatlaşdırır.
3. Qan təzyiqini normallaşdırır
Göyəmdəki kalium maddəsi qan təzyiqini tənzimləməyə kömək edir. Hipertoniya ilə mübarizədə təbii bir dəstəkdir.
4. Qanı təmizləyir və dəmir çatışmazlığına qarşı təsirlidir
Göyəm tərkibində dəmir saxladığı üçün qan azlığının qarşısını alır, qan dövranını yaxşılaşdırır və orqanizmdə oksigen daşınmasına dəstək verir.
5. Antioksidantlarla zəngindir
Tərkibindəki flavonoid və antosiyaninlər hüceyrələri zədələyən sərbəst radikallara qarşı mübarizə aparır, orqanizmi erkən qocalmadan və bəzi xərçəng risklərindən qoruyur.
6. Dərini və saçları canlandırır
Göyəmin antioksidant və vitaminlərlə zəngin tərkibi dərinin elastikliyini artırır, saçların sağlam uzanmasına kömək edir.
7. Sidikqovucu təsiri var
Böyrəkləri və sidik yollarını təmizləyir. Bu da orqanizmdə toksinlərin atılmasına kömək edir.
Könül Oruc