Avstraliyada 22 yaşlı yerli Şarlotta Lasike bağırsaq xərçənginin əlamətlərini menstruasiya ilə səhv salıb.
E-saglam.az xəbər verir ki, onun hekayəsini "El Espanol" yayımlayıb.
Bir gün Lasike qarın ağrısı, kramplar və şişkinlik hiss etməyə başladı. O, bu simptomları pəhriz səhvləri və menstruasiya ilə əlaqələndirdi, lakin zaman keçdikcə narahatlıq daha da pisləşdi. Sonra tibb təhsili alan avstraliyalının dostu onun həkimə müraciət etməsini təkid etdi.
Qızın baş çəkdiyi qastroenteroloq əvvəlcə çox gənc olduğu üçün bağırsaq xərçənginə tutula bilməyəcəyini söylədi. Lakin əlavə müayinələr onun xərçəng olduğunu göstərib.
Bu xəbər hətta həkimin özünü də şoka saldı, çünki onun təcrübəsində Lasike, materialda göstərildiyi kimi, adətən 50 ildən sonra tapılan bu diaqnozu olan ən gənc xəstə oldu. Buna baxmayaraq, kimyaterapiya və cərrahi müdaxilə sayəsində xərçəng remissiyaya gətirildi.
Tərcümə: Könül Oruc