Qidalanma
Erkən ölüm riskini artıran
Qidalanma
95

Erkən ölüm riskini artıran qida maddələri aşkar edildi

Almaniyada aparılan araşdırma göstərir ki, ultra emal olunmuş qidalar vaxtından əvvəl ölüm riskini əhəmiyyətli dərəcədə artırır.

E-saglam.az xəbər verir ki, həddindən artıq işlənmiş qidalar piylənmə, ürək xəstəlikləri, 2-ci tip diabet və bəzi xərçəng növləri kimi sağlamlıq problemlərinə səbəb olur, lakin yeni tədqiqat onların tərkibindəki zərərli əlavələri də müəyyən edib.

Araşdırmada Böyük Britaniyada 180,000-dən çox iştirakçı üzərində aparılmış “UK Biobank” məlumatları təhlil olunub. Elm adamları ultra emal olunmuş qidaları beş əsas kateqoriyaya bölüb: tatlandırıcılar, ləzzət artırıcılar, rənglər, şəkərlər və digər süni ləzzətlər. Bu maddələrin yüksək istehlakı erkən ölüm riskini artırır. Maraqlıdır ki, bəzi jelləşdirici maddələr ölüm riskini azalda bilər, emal olunmuş yağ və proteinlər isə risklə əlaqəli tapılmayıb.

Tədqiqat göstərir ki, gündəlik kalori qəbulunun təxminən 20%-i ultra emal olunmuş qidalardan ibarət olan insanlar arasında ölüm riski daha yüksəkdir. Araşdırma 11 il müddətində 10,203 iştirakçının ölümünü izləyib və ultra işlənmiş qidaların payı 18%-i ötdükdə ölüm riskinin əhəmiyyətli dərəcədə artdığı məlum olub.

Ultra emal olunmuş qidalara dondurulmuş hazır yeməklər, kolbasa, qazlı içkilər, çips, peçenye və ketçup kimi məhsullar daxildir. Onlar süni rənglər, tatlandırıcılar və konservantlarla zənginləşdirilmiş, evdə hazırlanması mümkün olmayan məhsullardır.

Tərcümə: Könül Oruc

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun