Yeni araşdırmalar göstərir ki, gündəlik olaraq çox istifadə olunan enerji içkiləri və turşulu qazlı sular, diş emalının sürətlə aşınmasına səbəb olur.
E-saglam.az xəbər verir ki, bu, sadəcə dişlərin saralması deyil, eyni zamanda həssaslıq, ağrı və uzunmüddətli diş problemlərinə gətirib çıxara bilər. Mütəxəssislər xəbərdarlıq edir: xüsusilə gənclər arasında populyar olan bu içkilər, ağız sağlamlığı üçün ciddi risk yaradır və diş həkimlərinə müraciətlərin sayını artırır.
Turşu tərkibli içkilərin çox istifadə olunması, diş emalında geri dönməz zərərlərə yol açır. Ən yaxşısı, bu içkiləri mümkün qədər azaltmaq və ağız gigiyenasına xüsusi diqqət göstərməkdir.
Könül Oruc