İspaniya Tibbi Onkologiya Cəmiyyətinin (SEOM) həkimləri qadınlarda döş xərçəngi riskini azaldan sadə və təsirli bir vərdiş müəyyən ediblər.
E-saglam.az xəbər verir ki, gündəlik yarım saatlıq piyada gəzmək bu riskin 30 faiz azalmasına kömək edir.
Həkimlər bildirirlər ki, belə fiziki aktivlik təkcə profilaktik deyil, eyni zamanda müalicədən sonra xərçəngin yenidən yaranma ehtimalını da 40 faizədək azaldır.
Valensiya Onkologiya İnstitutunun alimləri də bu nəticələri təsdiqləyərək, müntəzəm gəzməyin döş xərçəngindən ölüm riskini 20 faizədək azaltdığını vurğulayıblar.