Tibbi xəbərlər
Dövlət xəstəxanasının direktor müavini
Tibbi xəbərlər
318

Dövlət xəstəxanasının direktor müavini özəl klinika açdı - FOTO

TƏBİB-in tabeliyindəki Şirvan Şəhər Mərkəzi Xəstəxanasının direktorunun cərrahi xidmətlər üzrə müavini (ümumi cərrah) Nəsib Səhratov yeni şirkət yaradıb.

E-saglam.az xəbər verir ki, yeni təsis edilən kommersiya qurumu "Nəsib Tibb Mərkəzi" Məhdud Məsuliyyətli Cəmiyyətidir.

Şirvan şəhəri, Vidadi küçəsi ev 35A ünvanında qeydiyyatdan keçən MMC-nin nizamnamə kapitalı 10 manat, qanuni təmsilçisi isə Səhratov Nəsib Xuddam oğludur.

MMC-nin özəl klinika kimi fəaliyyət göstərəcəyi ehtimal olunur.

Qeyd edək ki, hazırda mərkəzi xəstəxananın direktor müavini vəzifəsində çalışan Nəsib Səhratov əvvəllər Şirvan Müalicə Diaknostika Mərkəzi PHŞ-in direktoru olub.

Dövlət xəstəxanasının direktor müavini özəl klinika açdı - FOTO

(iqtisadiyyat.az)

E-saglam.az 

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun