Elm adamları yaraların və zədələnmiş toxumaların sağalmasına kömək etdiyi düşünülən "antrobotlar" adlı canlı kiçik robotlar istehsal etməyə müvəffəq oldular.
E-saglam.az xəbər verir ki, bu hüceyrələrlə tədqiqatçılar yaraların və zədələnmiş toxumaların sağalmasına kömək etdiyi düşünülən canlı kiçik robotlar yaradıblar.
Elm adamlarının bu işi əvvəllər istehsal edə bildikləri "xenobotlar" adlı ilk canlı robotlara əsaslanır.
Tədqiqatçılar qeyd ediblər ki, onların əsas məqsədi antrobotların tibbi tətbiqlərdə istifadə edilməməsi sualına cavab verməkdir.
Həmçinin bu çərçivədə, tədqiqatçılar kiçik robotların "qırıntısı olan" bir laboratoriya mühitində yetişən insan neyronlarında "zərərləri təqlid etmək" üçün hərəkət edə biləcəyini də araşdırıblar.
Tədqiqat müəlliflərindən biri olan professor Michael Levin bildirib ki, antrobotların bənzərsiz xüsusiyyətlərindən biri də hüceyrələrin özbaşlarına bir araya gəlmələridir. Belə ki, bu vaxt antrobotlar laboratoriya şəraitində 60 günə qədər yaşamağı bacarıb.
Levin, bir çox elm adamının bioloji robot istehsal etdiyini, ancaq qurulmuş qəliblərdə yaşamaq üçün hüceyrələri əl ilə "əlavə" edərək hazırlandığını söyləyib.
Tərcümə etdi: Könül Oruc