Tibbi xəbərlər
Elnur Hidayətoğluna TƏBİB-də vəzifə verildi
Tibbi xəbərlər
234

Elnur Hidayətoğluna TƏBİB-də vəzifə verildi

Elnur Hidayətoğluna TƏBİB-də vəzifə verilib.

Jurnalist Elnur Hidayətoğlu TƏBİB-in İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri təyin olunub.

E-saglam.az xəbər verir ki, bu barədə TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov əmr imzalayıb..

Jurnalist buna qədər Bakı Baş Səhiyyə İdarəsinin İctimaiyyətlə əlaqələr və müraciətlərlə iş departamentinin rəhbəri vəzifəsində çalışıb.

Qeyd edək ki, TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya departamenti Azərbaycan Respublikası Prezidentinin 01 may 2023-cü il tarixli 2130 nömrəli Fərmanı ilə təsdiq edilmiş TƏBİB-in Nizamnaməsinə uyğun olaraq fəaliyyət göstərən və TƏBİB-in strukturuna uyğun yaradılan TƏBİB-in struktur bölməsidir.

TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri Zamirə Ədilova bildirib ki, departamentin fəaliyyət istiqamətlərinə TƏBİB-in və tabeli tibb müəssisələrinin media və ictimaiyyətlə əlaqələr, marketinq, tədbirlər, daxili kommunikasiya sahələrində işlərinin təşkilini, tənzimlənməsini və təkmilləşdirilməsini təmin etmək daxildir.

İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin tərkibində 2 şöbə - İctimaiyyətlə əlaqələr və Daxili kommunikasiya şöbələri fəaliyyət göstərir.

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun