Qidalanma
Gündəlik ədviyyatlı yeyənlər diqqətli olun:
Qidalanma
116

Gündəlik ədviyyatlı yeyənlər diqqətli olun: təsiri elmi sübutlarla təsdiqləndi

Acı bibərlərin arıqlama və sağlamlıq üzərində təsiri alimlərin marağındadır.

E-saglam.az xəbər verir ki, Pensilvaniya Dövlət Universitetindən Dr. Paige Cunningham bildirir ki, yeməklərə əlavə olunan ədviyyatlılıq miqdarı artdıqca insanlar daha yavaş yeyir və daha az miqdarda qida qəbul edirlər. Bu isə çəkini idarə etməyə kömək edə bilər.

Ədviyyatlı yeməklərin tərkibindəki kapsaisin adlı maddə bədən istiliyini artıraraq maddələr mübadiləsini sürətləndirir. Mütəxəssislərə görə, kapsaisin metabolizmanı 5%-ə qədər artıra bilər.

Bundan başqa, ədviyyatlı qidalar iştahı azalda və toxluq hissini gücləndirə bilər. Harvard Universitetinin araşdırmaları göstərib ki, müntəzəm olaraq acı bibər yeyən insanların ürək xəstəliyindən ölüm riski daha azdır. Hətta hər gün ədviyyatlı qida yeyənlərdə ölüm riski həftədə bir dəfə yeyənlərlə müqayisədə 14% daha az olur.

Amma bu faydalarla yanaşı, diqqətli olmaq da vacibdir. Çünki acı bibərlər çox vaxt yüksək kalorili yeməklərlə birlikdə qəbul edilir. Ona görə də acı bibəri balanslı və sağlam qidalanmanın bir hissəsi kimi istifadə etmək tövsiyə olunur.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun