Tibbi xəbərlər
Həkim velosiped sürməyin kişi sağlamlığına və potensialına zərəri barədə
Tibbi xəbərlər
134

Həkim velosiped sürməyin kişi sağlamlığına və potensialına zərəri barədə xəbərdarlıq edib

Proktoloq və cərrah Elvin Hüseynov velosiped sürməyin kişilərin sağlamlığı və potensialına mənfi təsir göstərə biləcəyini bildirib.

E-saglam.az xəbər verir ki, "Gazeta.Ru"ya verdiyi müsahibədə o, bu idman növünün potensial zərərlərini qiymətləndirib.

Hüseynov qeyd edib ki, velosiped sürmək birbaşa reproduktiv sistem xəstəliklərinə səbəb olmur. Lakin düzgün olmayan duruş və ya uyğun seçilməmiş yəhər mövcud iltihabi prosesləri ağırlaşdıra bilər.

“Perineum nahiyəsinə müntəzəm təzyiq narahatlıq, uyuşma, həssaslığın azalması və bəzən müvəqqəti ereksiya problemlərinə səbəb ola bilər,” – deyə həkim xəbərdarlıq edib.

O əlavə edib ki, narahat yəhərin yaratdığı təzyiq pudendal sinirə və çanaq orqanlarını qidalandıran damarlara zərər verə bilər. Bu isə mövcud iltihabların pisləşməsinə və genital sinirin neyropatiyasına yol aça bilər.

“Duruşunuzu vaxtında düzəldib, yəhərinizi dəyişsəniz, bu fəsadların geri dönməsi mümkündür,” – Hüseynov vurğulayıb.

Həkim həmçinin anatomik quruluşa uyğun yəhər seçməyin və velosipedin vəziyyətini düzgün tənzimləməyin vacib olduğunu bildirib. Uzun gəzintilər zamanı hər 15 dəqiqədən bir dayanıb ayağa qalxmaq tövsiyə olunur.

Tərcümə: Könül Oruc

E-saglam.az 

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun