Tibbi xəbərlər
Hər kəsin etdiyi bu zərərli vərdişlər
Tibbi xəbərlər
342

Hər kəsin etdiyi bu zərərli vərdişlər çox təhlükəlidir

Sağlam həyat üçün vacib olan gigiyena vərdişləri mütləqdir ki, doğru şəkildə tətbiq edilsin. İnsan sağlamlığı üçün təhlükəli nəticələrə yol açmamaq üçün bu, çox vacibdir.

E-saglam.azxarici KİV-lərə istinadla bildirir ki, bununla bağlı mütəxəssislər araşdırma apararaq həmin zərərli vərdişlərin insan həyatı üçün təhlükəli olduğunu açıqlayıblar.

Bəzi insanlar yeməkdən dərhal sonra dişlərini fırçalayır. Ancaq bu dişlərə zərər verə bilər, çünki ağızda turşu səviyyəsi artır və fırçalama aşırı dərəcədə mənfi təsirini göstərir. Bundan başqa, insanlar arasında ən çox rast gəlinən vərdişlərdən biri də pambıq çubuqlarla qulaqların təmizlənməsidir. Bu da əslində yanlış bir təcrübədir. Bu üsul qulağın daxilinə zərər verə bilər və hətta eşitmə çətinliyinə səbəb olar. Bu, həkim-mütəxəssislər tərəfindən tövsiyə olunmur. //AZƏRTAC

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun