Faydalı
Hıçqırıqdan xilas olmaq üçün qeyri-adi üsul AÇIQLANDI
Faydalı
927

Hıçqırıqdan xilas olmaq üçün qeyri-adi üsul AÇIQLANDI - Barmağınızı burnunuza qoyaraq...

Fizioterapevt Eileen Li, hıçqırıqlardan xilas olmaq üçün qaşlarınızı və baş barmaqlarınızın uclarını masaj etməyi təklif edib.

E-saglam.az xəbər verir ki, o, hıçqırıqları dayandırmağın gözlənilməz bir yolu haqqında danışıb.

Li hıçqırıqların diafraqmanın qeyri-iradi, təkrarlanan spazmları və ardınca glottisin sürətlə bağlanması olduğuna diqqət çəkib. Bildirib ki, hıçqırığı dayandırmaq üçün diafraqmanı rahatlaşdırmaq lazımdır.

Onun sözlərinə görə, bunu müəyyən nöqtələrə basmaqla etmək olar: "Balaca barmaqlarınızı qaşlarınızın dibinə burun körpüsünün hər iki tərəfinə qoyun. Sonra bir az təzyiq edin və 30 saniyə saxlayın. Sonra bu hərəkəti 5 dəfə təkrarlayın". 

Fizioterapevtin təklif etdiyi başqa bir yol, baş barmaqlarınızın uc hissəsinə təzyiq etməkdir. O bildirib ki, hər barmağını 5 dəfə 30 saniyə sıxsan, diafraqma rahatlaşacaq və hıçqırıqlar keçəcək.

Tərcümə etdi: Könül Oruc

E-saglam.az 

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun