Xəstəliklər
I qan qrupu olanlar xərçəngə
Xəstəliklər
215

I qan qrupu olanlar xərçəngə tutulmur?

Keçən illərdə aparılan bir araşdırma qan qrupunun ciddi xəstəliklərin inkişaf ehtimalını artırdığını iddia edib.

E-saglam.az xəbər verir ki, Karolinska İnstitutunun bu mövzuda apardığı əvvəlki araşdırmalar A qan qrupu olan insanların mədə xərçənginə tutulma riskinin daha yüksək olduğunu müəyyən edib.

Onkoloq Aleksandr Rumyantsevin sözlərinə görə, qan qrupunun mədəaltı vəzi və mədə xərçəngi, ürək-damar xəstəlikləri və demans hallarına təsir göstərə biləcəyi iddiasının heç bir elmi əsası yoxdur.

Rumyantsev bütün bunları cəfəngiyyat adlandırıb. O, I qan qrupu olan insanların xərçəngə tutulmayacağını iddia edən araşdırmanı təkzib edib.

Həkim insanların çoxunun qan qrupunun I olduğunu və hələ də xərçəng xəstəliyinə tutulduğunu diqqətə çatdırıb. (publika.az)

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun