Saatlı rayonunda 52 yaşlı qadın bədbəxt hadisə nəticəsində ölüb.
E-saglam.az-ın məlumatına görə, hadisə rayonun Qaranuru kəndində baş verib.
Avqustun 13-də səhər saatlarında kənd sakini, 1973-cü il təvəllüdlü Validə Abışova evindəki soyuducudan ərzaq götürmək istəyib. Qadın soyuducunun qapısını açarkən onu cərəyan vurub. Hadisə zamanı tək olduğundan onun həyatını xilas etmək mümkün olmayıb. Qadın cərəyan vurması nəticəsində ölüb.
Faktla bağlı araşdırma aparılır.