Tibbi xəbərlər
Baş ağrıları neandertalların
Tibbi xəbərlər
139

Baş ağrıları neandertalların mirası ola bilər - Alimlər

Evolution, Medicine, and Public Health jurnalında dərc edilən yeni araşdırmaya görə, bəzi insanlarda baş ağrıları və miqrenlər Neandertallardan miras qalmış genlərlə əlaqəli ola bilər.

E-saglam.az-ın məlumatına görə, elm adamları beynin və kəllənin forması ilə qədim insan DNT-si arasında əlaqə tapıblar. Araşdırmada Chiari malformasiyası tip I (CM-I) adlı xəstəlik öyrənilib. Bu xəstəlikdə beynin bir hissəsi onurğa kanalına doğru sıxışır. Nəticədə baş və boyun ağrıları, bəzi hallarda isə ciddi sinir sistemi problemləri yarana bilər.

Mütəxəssislər 103 müasir insanın kəllə sümüyünün 3D modellərini, həmçinin Neandertal və digər qədim insan növlərinin qalıqlarını araşdırıblar. Nəticədə məlum olub ki, CM-I xəstələrinin kəllə forması Neandertallara daha çox bənzəyir.

Tədqiqatçılar hesab edirlər ki, Neandertallardan gələn bəzi genlər müasir insanlarda beyin və kəllə ölçülərinin bir-birinə uyğun olmamasına səbəb olur.

Bu genlər insanların hamısında eyni miqdarda deyil. Məsələn, Şərqi Asiyalıların genlərinin təxminən 4%-i Neandertallardan gəlir, yerli Afrikalılarda isə bu demək olar ki, yoxdur. Əgər nəzəriyyə doğru olsa, CM-I Asiyada daha çox görülməlidir.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun