Tibbi xəbərlər
Azərbaycanda insanlar ən çox bu xəstəliklərə tutulur -
Tibbi xəbərlər
85

Azərbaycanda insanlar ən çox bu xəstəliklərə tutulur - SİYAHI

Ötən il Azərbaycanda 2,9 milyona yaxın xəstə qeydə alınıb.

E-saglam.az xəbər verir ki, Modern.az bu barədə Dövlət Statistika Komitəsindən məlumat əldə edib.
Qeyd olunub ki, bu, ilk dəfə qoyulmuş diaqnozla qeydə alınan xəstələrin sayıdır.
Məlumata görə, 1 milyondan çox insan tənəffüs orqanlarının xəstəlikləri ilə qeydə alınıb.
İkinci sırada həzm sistemi xəstəlikləri (241 minə yaxın), üçüncü sırada qan dövranı sisteminin xəstəlikləridir (233 min).
Digər xəstəliklər aşağıdakılardır:
- bəzi infeksion və parazitar xəstəliklər - 225 716 nəfər
- yenitörəmələr - 20 302
- qan, qanyaradıcı orqanların xəstəlikləri və immun mexanizmin prosesə cəlb olunması ilə gedən ayrı-ayrı pozuntular - 83 901
- endokrin sistemin xəstəlikləri, maddələr mübadiləsi və qidalanma pozuntuları - 82 764
- psixi pozuntular və davranış pozuntuları - 24 228
- sinir sistemi xəstəlikləri - 89 370
- göz və gözün əlavə aparatının xəstəlikləri - 129 898
- qulağın və məməyəbənzərçıxıntının xəstəlikləri - 76 957
- dəri və dərialtı toxumanın xəstəlikləri - 82391
- sümük-əzələ sistemi və birləşdirici toxumanın xəstəlikləri - 63 564
- sidik-cinsiyyət sisteminin xəstəlikləri — 165501
- hamiləlik, doğuş və zahılıq dövrü - 62733
- perinatal dövrdə  meydana çıxan xüsusi hallar - 9 980
- anadangəlmə anomaliyalar (inkişaf qüsurları), deformasiyalar və xromosom pozuntuları - 5111
- digər rubrikalarda təsnif olunmayan klinik və laborator tədqiqatlar zamanı aşkar edilən simptomlar, nişanələr və normadan kənara çıxma hallar - 33 188
- travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri - 169 827
Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun