Sağlamlıq
Kədər insanları öldürə bilərmi?
Sağlamlıq
119

Kədər insanları öldürə bilərmi? Yeni araşdırma ciddi riski üzə çıxardı

Danimarkada aparılan yeni araşdırma göstərib ki, güclü və uzunmüddətli kədər insanlarda vaxtından əvvəl ölüm riskini ikiqat artırır.

E-saglam.az xəbər verir ki,  “Daily Mail”in yaydığı məlumata görə, tədqiqatda orta yaşı 62 olan 2000-ə yaxın insan iştirak edib. Kədər səviyyəsi “Uzadılamış Kədər-13” şkalası ilə ölçülüb. Nəticələrə görə, şiddətli kədər yaşayan şəxslər 10 il ərzində daha erkən həyatlarını itirə bilər.

Nə üçün kədər öldürür?

Tədqiqatın müəllifi Dr. Mette Kjærgaard Nielsen bildirib ki, kronik kədər ürək-damar xəstəlikləri, psixi pozuntularintihar riskini artırır. Kədərin təsiri bəzi hallarda infarktla qarışdırıla biləcək “Sınıq Ürək Sindromu” (takotsubo kardiyomiyopatiya) ilə nəticələnir.

Kədər növləri və risk səviyyələri

Tədqiqat nəticəsində iştirakçılar beş fərqli kədər qrupuna ayrılıb. Ən yüksək ölüm riski, kədəri illərlə ağır şəkildə yaşayanəlamətləri zəifləməyən 6 faizlik qrupda müşahidə olunub.

Sınıq Ürək Sindromu nədir

Bu vəziyyət qəfil emosional stres nəticəsində ürəyin müvəqqəti funksional pozğunluğu ilə xarakterizə olunur. İnfarkt simptomlarına bənzəsə də, damar tıxanması müşahidə olunmurklassik infarkt müalicələri bu xəstələrə təsir etmir.

Tövsiyə

Mütəxəssislər dərin və uzanan kədər yaşayan şəxslərə psixoloji dəstək almağı tövsiyə edir. Emosional sağlamlıq, fiziki sağlamlığın ayrılmaz hissəsidir. Erkən müdaxilə həyat qurtara bilər.

Tərcümə: Könül Oruc

E-saglam.az 

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun