Ceyson Momoadan tutmuş Zeyn Maliyə qədər bir çox məşhurlar tam saqqalları ilə öyünürlər. Ancaq yeni bir araşdırma üzdəki tükləri şübhə altına ala bilər.
E-saglam.az xəbər verir ki, Lester Universitetinin mikrobioloqu Primrose Freestone saqqalların it tükündən, bəzi hallarda isə tualetin kənarından daha çox bakteriya saxlaya biləcəyini söylədi.
Mütəxəssis deyir ki, saqqallar yemək qalıqları, dəri yağları və çirkli hissəciklərin toplandığı isti və rütubətli bir yerə çevrilir. Bu cür mühit isə təhlükəli bakteriyaların orada sürətlə artmasına şərait yaradır.
Bu mikroblar təkcə saqqalın yaratdığı isti, nəmli şəraitə görə deyil, həm də yeni çirkləndiricilərə və mikroblara, xüsusən də tez-tez səthlərə və üzə toxunan əllər vasitəsilə daim məruz qalması səbəbindən inkişaf edir.
2018-ci ildə alimlər kişilərin saqqallarından və itlərin tüklərindən nümunələri müqayisə ediblər. Məlum olub ki, sınaqdan keçən 18 kişinin hamısında yüksək səviyyədə bakteriya var, 30 itdən isə yalnız 23-də belə səviyyə var. Nadir hallarda, saqqallarda hətta pubic bitlər və impetigo kimi dəri infeksiyalarına səbəb olan bakteriyalar var idi.
Tərcümə: Könül Oruc