Qəhvə artan ayıqlıq, beyin funksiyasının yaxşılaşması və atletik performansın dəstəklənməsi kimi faydalar verir.
E-saglam.az xəbər verir ki, qəhvənin müsbət nəticələri olsa da, mənfi nəticələri də az deyil. Ac qarnına qəhvə içmək bəzi hallarda mədə-bağırsaq narahatlığı və digər simptomlara səbəb ola bilər.
1. Mədə turşuluğu və mədə yanması
Qəhvə turşulu içki olduğu üçün mədədə turşu istehsalını artırır. Bu, mədə yanmasına və reflü riskinə səbəb ola bilər. Kofein alt özofagus sfinkterini rahatlaşdıraraq turşunun qida borusuna keçməsini asanlaşdırır. Mədə yanması yaşayanlar qəhvəni yeməklə birlikdə və ya daha tünd qovrulmuş qəhvə seçərək içməlidir.
2. Daha sürətli kofein udulması
Aç qarnına qəhvə kofeini daha sürətlə udur. Bu, artan ayıqlıqla yanaşı, narahatlıq, ürək döyüntüsü, baş ağrısı və qan təzyiqi yüksəlməsinə səbəb ola bilər. Kofein gündə 400 mg-dan çox olmamalıdır (təxminən 4-5 fincan). Hamiləlikdə gündə 1-2 fincan tövsiyə olunur.
3. Həzm problemləri
Bəzi insanlar ac qarına qəhvə içdikdə mədə-bağırsaq narahatlığı yaşaya bilər: şişkinlik, kramp, ürəkbulanma, ishal və bağırsaq hərəkətlərinin artması. IBS olanlarda simptomlar daha çox müşahidə oluna bilər.
Tərcümə: Nəzrin Abbas
E-saglam.az