Sağlamlıq
Probiotiklərin potensial
Sağlamlıq
88

Probiotiklərin potensial yan təsirləri və riskləri açıqlandı

Probiotiklər adətən təhlükəsizdir və yaxşı tolere olunur, amma bəzi hallarda yan təsirlər müşahidə oluna bilər.

E-saglam.az xəbər verir ki, Lactobacillus, BifidobacteriumSaccharomyces boulardii həzm sistemini, immuniteti və ümumi sağlamlığı dəstəkləyir. Lakin bəzi hallarda yan təsirlər müşahidə oluna bilər.

1. Həzm problemləri

Əksər insanlar probiotikləri yaxşı dözür, amma bəzən müvəqqəti mədə-bağırsaq narahatlıqları yaranır: qaz, şişkinlik, mədə ağrısı, qəbizlik və ishal. Bu simptomlar adətən probiotik qəbulunun ilk həftələrində ortaya çıxır və bir neçə həftəyə yox olur. Uzunsa, həkimə müraciət edin.

2. Histamin reaksiyaları

Bəzi probiotik suşlar histamin istehsal edə bilər ki, bu da allergik simptomlara səbəb ola bilər: sulu gözlər, burun tıxanması, dəri döküntüsü, şişkinlik və qaşınma. Histaminə həssas olanlar ehtiyatlı olmalıdır. Bu suşlara Lactobacillus buchneri, L. helveticus, L. hilgardiiStreptococcus thermophilus daxildir.

3. Baş ağrıları

Fermentləşdirilmiş qidalarda olan biogen aminlər (histamin, tiramin, triptamin) nadir hallarda baş ağrısı və migrenə səbəb ola bilər. Digər tərəfdən, bəzi tədqiqatlar probiotiklərin bağırsaq-beyin oxunu dəstəkləyərək baş ağrısını azalda biləcəyini göstərir.

4. İnfeksiya riski

Zəif immuniteti olan insanlarda probiotiklər nadir hallarda qan dövranına daxil olaraq infeksiyaya səbəb ola bilər. Xüsusilə:

  • İmmunosupressiv dərman qəbul edənlər

  • Uzaq müddət xəstəxanada qalanlar

  • Venoz kateteri olanlar

  • Son əməliyyat keçirmiş şəxslər

Ümumiyyətlə sağlam insanlarda bu risk çox nadirdir, amma immuniteti zəif olanlar həkim məsləhəti ilə istifadə etməlidir.

Tərcümə: Nəzrin Abbas

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun