Sağlamlıq
Osteopatik həkim yayda çəkinməli olduğunuz
Sağlamlıq
197

Osteopatik həkim yayda çəkinməli olduğunuz 3 zərərli ayaqqabı növünü açıqladı

RootFoot şirkətinin baş həkimi, osteopatik həkim Timofey Çernov yay mövsümündə hansı ayaqqabılardan uzaq durmalı olduğumuzu açıqlayıb.

E-saglam.az xəbər verir ki, onun sözlərinə görə, isti havalarda insanlar daha çox gəzintiyə çıxır, bu da ayaqlara düşən yükü artırır. Lakin düzgün seçilməmiş ayaqqabılar ciddi problemlərə səbəb ola bilər: burkulma, sümük çıxıqları, düz ayaqlıq və digər ortopedik pozuntular inkişaf edə bilər.

Ən təhlükəli yay ayaqqabıları:

1. Flip-flop tərliklər (vetnamka)

Bu tip tərliklərdə baş barmaq digər barmaqlardan ayrılır, bu da onun işləməsini zəiflədir. Nəticədə ayağın eninə qövsü zəifləyir və eninə düz ayaqlıq yaranmağa başlayır.

2. Balet tipli düz ayaqqabılar

Barmaqları sıxaraq formalarını dəyişir və yük əsasən baş barmağın üzərinə düşür. Bu isə sümük çıxıntısının yaranmasına şərait yaradır.

3. Tamamilə düz altlıqlı ayaqqabılar

Ayağın qövsünü dəstəkləmədiyinə görə, ayaq hər addımda sallanır. Bu isə oynaqlara zərbə effekti yaradır və yük dizlərə, onurğaya və boyuna ötürülür.

Nə etməli?

Əgər balet ayaqqabısı və ya düz altlıqlı ayaqqabılardan imtina edə bilmirsinizsə, həkim fərdi ortopedik içliklərdən istifadə etməyi tövsiyə edir. Bu içliklər ayaq qövsünü dəstəkləyir, yükü düzgün paylayır və zərbələri azaldır. Beləliklə, həm rahat gəzə, həm də ayaq və onurğa sağlamlığınızı qoruya bilərsiniz.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun