Sağlamlıq
Çox duz yediyinizi göstərən
Sağlamlıq
191

Çox duz yediyinizi göstərən 4 əsas əlamət

Mütəxəssislər gündəlik duz qəbulunun 6 qramdan (təxminən bir çay qaşığı) çox olmamasını tövsiyə edirlər.

E-saglam.az xəbər verir ki, duzun həddindən artıq istifadəsi bədəndə natrium balansını poza bilər və bu, sağlamlığınıza mənfi təsir göstərər. Diyetoloqlar Pippa Hill və Olivia Burley duzun çox qəbul edildiyini göstərən dörd əsas əlaməti qeyd ediblər.

1. Baş ağrıları

Yeməkdən sonra yaranan zərbə və kəskin baş ağrıları bədəndə natrium səviyyəsinin artması ilə əlaqəli ola bilər. Bu simptom xüsusilə yeməkdən 1-2 saat sonra hiss olunur. Əgər yüksək qan təzyiqiniz və ya xroniki baş ağrılarınız varsa, bu təsir daha tez baş verə bilər.

2. Qolların və ayaqların şişməsi

Bədəndə duzun yığılması ilə yaranan şişkinlik zamanla inkişaf edir. Həddindən artıq natrium böyrəklərin daha az su ifraz etməsinə səbəb olur və nəticədə su bədəndə toplanır. Duzlu yeməkdən sonra 24 saat ərzində əllərdə, ayaqlarda və bədəndə şişkinlik hiss edirsinizsə, bu duzla əlaqəli ola bilər.

3. Yüksək qan təzyiqi

Duz qəbulundan cəmi 30 dəqiqə sonra qan damarlarında reaksiyalar başlayır. Bu isə zamanla yüksək qan təzyiqi, infarkt və insult kimi ciddi fəsadlara səbəb ola bilər.

4. Tez-tez sidiyə çıxma və susuzluq hissi

Duzlu yeməklərdən sonra bədən artıq natriumdan qurtulmaq üçün daha çox maye tələb edir. Bu da susuzluq hissini artırır və nəticədə tez-tez tualetə getmə ilə nəticələnir.

Tərcümə: Könül Oruc

E-saglam.az 

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun