Sağlam ketoz və aralıq oruc mütəxəssisi Erik Berq, mixəksuyunun gecə aclığı və yuxusuzluğa qarşı çox faydalı olduğunu bildirib.
E-saglam.az xəbər verir ki, o, bu sadə içkinin həm toxluq hissi yaratdığını, həm də bədəni sakitləşdirərək rahat yuxuya kömək etdiyini vurğulayıb.
Berqin sözlərinə görə, mixəyin tərkibində olan eugenol maddəsi təbii sakitləşdirici təsir göstərir. Bu, sinirləri sakitləşdirir, orqanizmin gecə istirahətə keçməsini asanlaşdırır və yuxu keyfiyyətini yaxşılaşdırır. Eyni zamanda, mixək suyu həzmi yaxşılaşdırır, qaraciyərin detoksuna kömək edir, iltihab əleyhinə təsir göstərir və axşam qəlyanaltılarının qarşısını alır.
İçkini hazırlamaq çox sadədir: 4-5 ədəd mixəyi bir stəkan suya əlavə edib, qaynadın. Qapağı bağlı şəkildə 5 dəqiqə dəmləyin, soyuduqdan sonra istəyə görə bir az bal da əlavə edə bilərsiniz.
Tərcümə: Könül Oruc