Xəstəliklər
Qanda EÇS artmasının səbəbləri - Məşhur analizin sirri
Xəstəliklər
355

Qanda EÇS artmasının səbəbləri - Məşhur analizin sirri

Eritrositlərin çökmə sürəti (EÇS) – qanın qeyri-spesifik laborator göstəricisi olub, zərdabdakı zülal fraksiyalarının nisbətini əks etdirir; EÇS-in dəyişməsi iltihabın olmasını, yaxud, hər hansı bir patoloji prosesin dolayısı yolla əlamətini göstərir.

Terapevtlər və pediatrların halsız, xəstə, qızdırma ilə müraciət edən pasiyentlərin qan analizində önəm verdikləri göstəricilərdən biridir.

E-saglam.az xəbər verir ki, bu müayinə infeksiya daxil olmaqla, kəskin, yaxud, xroniki iltihabın, onkoloji və autoimmun xəstəliklərin diaqnozunun qoyulmasında istifadə olunur. EÇS – həssas, lakin spesifik laborator analizi deyil, belə ki, EÇS-in qanda artması öz-özlüyündə iltihabın məndəyini təyin etməyə imkan vermir; bundan əlavə, EÇS-in artması iltihab ilə əlaqəli olmaya da bilər. Məhz buna görə, EÇS analizi digər müayinələrlə birgə aparılır.

EÇS-in artmasının səbəbləri:

Çox zaman iltihab, yaxud, nekroz ilə əlaqəli hüceyrənin zədələnməsi nəticəsində qana fibrinogen ifraz olunaraq, EÇS-in artmasına səbəb olur.

• iltihabi proseslər

• infeksion xəstəliklər

• ağciyərin iltihabı

• miokard infarktı

• şokdan və əməliyyatdan sonrakı vəziyyət

• geniş travmalar, guçlü əzilmələr, sümük sınıqları

• immunitetin dəyişməsi

• toxumaların nekrozuna səbəb olan qaraciyərin zədələnməsi

• böyrəyin zədələnməsi (nefrotik sindrom)

• şəkərli diabet

• toxumaların onkoloji zədələnməsi nəticəsində toxumalar üçün xarakter olmayan zülalların ifraz olunması

EÇS –in azalmasının səbəbləri:

Qanın formalı elementlərinin nisbətinin, qanda pH-ın (turşulaşma, asidoz) və eritrositlərin öz strukturunun dəyişilməsi EÇS-in azalmasına səbəb olur:

• polisitemya

• oraqvarıhüceyrə anemiyası

• sferositoz

• hiperbilirubinemiya

• hiperhidratasiya

Göründüyü kimi, EÇS artması ən azı 20 səbəbdən qaynaqlanır. Əgər çox yüksək rəqəmdirsə, həkim onkologiyadan şübhələnə bilər.

EÇS-in qalxmasına səbəb olan problem həkim araşdırıb tapmalı və sonra müalicəyə başlanılmalıdır./medicina.az/

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun