Xəbərlər
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə
Xəbərlər
122

Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə qaz olmayacaq

Babək rayonunun bir sıra kəndlərində qaz təchizatı müvəqqəti dayandırılacaq.

E-saglam.az xəbər verir ki, bu barədə Naxçıvan Qaz İstismar Xidməti məlumat yayıb.

Bildirilib ki, 100 mm və 159 mm diametrli boruların korroziyaya uğraması səbəbindən yeraltı qaz xətləri yerüstü xətlərlə əvəz olunacaq. Bu səbəbdən Babək rayonunun Cəhri qəsəbəsi, Gülşənabad, Payız, Yuxarı Buzqov, Aşağı Buzqov və Gərməçataq kəndlərində qaz təchizatı iyunun 25-i saat 09:00-dan etibarən müvəqqəti olaraq dayandırılacaq.

Təmir işləri başa çatdıqdan sonra qaz təchizatı bərpa olunacaq.

****

Bakının Xətai, Nərimanov və Qaradağ rayonlarında qazın verilişi dayandırılacaq.

Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, iyunun 25-də saat 10:00-dan etibarən Xətai rayonu, Xocalı prospektində qaz xəttinin yerinin dəyişdirilməsi və Nərimanov rayonu, Ə.Əlizadə küçəsində görüləcək təmir-quraşdırma işləri, həmçinin saat 13:00-dan Qaradağ rayonu, Sahil qəsəbəsində yaşayış evinə təbii qazın verilməsi məqsədi ilə qaz təchizatı dayandırılacaq.

Təmir işləri aparılan müddətdə Xətai rayonunda A.İsmayılov, M.Mehdizadə küçələrinin, Qaradağ rayonunda Ş.Əsgərov, M.Seyidov, Ə.Gülbabayev, E.Quliyev küçələrinin, Nərimanov rayonunda isə Təbriz, Ə.Dəmirçizadə, C.Zeynalov, F.Əsədov, Y.Bakuvi, K.Rəhimov küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun