Tibbi xəbərlər
TƏBİB-dən 3-cü doza vaksinasiya ilə bağlı AÇIQLAMA
Tibbi xəbərlər
390

TƏBİB-dən 3-cü doza vaksinasiya ilə bağlı AÇIQLAMA

Covid-19 virusundan qorunmaq və immun sistemini gücləndirmək üçün Azərbaycanda yanvar ayından başlayan peyvəndləşmə prosesi davam edir.

Ölkədə artıq 3-cü doza vaksinlər vurulmağa başlayıb. Vətəndaşları maraqlandıran suallardan biri də vaksin sonrası hər hansı şikayətlərin olub-olmamasıdır.

Bəs peyvəndlənmədə son vəziyyət necədir?

E-saglam.az-ın məlumatına görə, TƏBİB-in İctimaiyyətlə əlaqələr şöbəsinin məsləhətçisi Elnarə Baxış açıqlamasında vətəndaşları maraqlandıran sualları cavablandırıb:

"3-cü doza ilə bağlı TƏBİB-ə hər hansı şikayət daxil olmayıb. 2-ci doza vaksin olunmuş və ya virusa yoluxmuş, rəsmi qeydiyyata düşmüş və immun sertifikatı formalaşmış şəxsin pozitiv nəticəsindən tam 5 ay keçəndən sonra o, 3-cü doza vaksin vurdura bilər".

Məsləhətçi onu da qeyd edir ki, hazırda ölkədə peyvəndlənmə prosesi vaksinasiya strategiyasına uyğun olaraq uğurla davam edir./baku.ws

 

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun