Tibbi xəbərlər
Türkiyə Səhiyyə Nazirliyi TURKOVAC-dan istifadəyə icazə verilməsini istəyib
Tibbi xəbərlər
106

Türkiyə Səhiyyə Nazirliyi TURKOVAC-dan istifadəyə icazə verilməsini istəyib

Türkiyənin Səhiyyə Nazirliyi koronavirus infeksiyasına qarşı TURKOVAC vaksinindən istifadəyə icazə verilməsi ilə bağlı ölkənin Dərman Vasitələri Agentliyinə müraciət edib.

E-saglam.az “Anadolu”ya istinadən xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca məlumat verib.

Qeyd edək ki, Türkiyənin TURKOVAC vaksini Səhiyyə Nazirliyinin nəzdindəki Səhiyyə İnstitutunun və Ərciyəs Universitetinin alimləri tərəfindən işlənib hazırlanıb.

Nazirin sözlərinə görə, hazırda kliniki sınaqların üçüncü mərhələsi həyata keçirilir. Sınaq mərhələsinin ilin sonunadək tamamlanması planlaşdırılır./report/

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun