Tibbi xəbərlər
Ürək xəstəliyi riskini avtomatik artıran
Tibbi xəbərlər
262

Ürək xəstəliyi riskini avtomatik artıran faktor ortaya çıxdı

Koronavirus keçirmiş şəxslərdə ürək-damar xəstəlikləri riski iki dəfə artır.

E-saglam.az xəbər verir ki, bu barədə UNKP-Med tibb mərkəzinin kardioloqu Yevgeniya Boqaevskaya məlumat verib. O bildirib ki, bu nəticəyə Cənubi Kaliforniya Universiteti və Klivlend Klinikasının alimləri son araşdırmalarında gəliblər.

"Ağır COVID-19 keçirən şəxslər, avtomatik olaraq gələcəkdə ürək-damar xəstəliklərinə daha çox meyilli olurlar", – deyə Boqaevskaya qeyd edib.

O, əlavə edib ki, təkcə virus deyil, digər risk faktorları da bu xəstəliklərin inkişafına səbəb ola bilər. Məsələn: zəif ağız gigiyenası, yüksək təzyiq, şəkərli diabet, xolesterinin yüksək olması və hətta bağırsaq pozğunluqları. Bu amillər bir yerdə olduqda, orqanizmdə iltihabi proseslər güclənir və damar sisteminə mənfi təsir göstərir.

Kardioloq profilaktika məqsədilə aşağıdakı tövsiyələri verir:

  • Ağız gigiyenasına ciddi yanaşın

  • Balanslı qidalanın

  • Fiziki aktiv olun

  • Düzgün yuxu rejimi saxlayın

  • Mütəmadi tibbi müayinədən keçin

Unutmayın, koronavirusun təkcə ağciyərlərə deyil, uzunmüddətli olaraq ürək və damar sisteminə də təsiri ola bilər. Ona görə də xəstəlikdən sonra bərpa dövrünə ciddi yanaşmaq vacibdir.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun