Tibbi xəbərlər
ÜST: Azərbaycanda antibiotiklərlə bağlı Milli Planın təsdiqi pandemiyaya görə gecikib
Tibbi xəbərlər
263

ÜST: Azərbaycanda antibiotiklərlə bağlı Milli Planın təsdiqi pandemiyaya görə gecikib

“Antibiotiklərlə bağlı Milli Planın hazırlanması nəzərdə tutulmuşdu. İşçi qrupu da yaradılmışdı”.

E-saglam.az-ın məlumatına görə, bunu ÜST-ün Azərbaycandakı nümayəndəliyinin mütəxəssisi Cəvahir Süleymanova Ümumdünya Antimikrob Preparatlardan Düzgün İstifadəyə dair Maarifləndirmə Həftəsinə həsr olunmuş dəyirmi masada deyib.

O bildirib ki, plan hazırlanıb, amma pandemiyaya görə təsdiqi gecikib: “Azərbaycanda antibiotiklərlə bağlı vəziyyətin yaxşı olmadığını bilirdik. Amma pandemiya bir daha bunu göstərdi. Milli plana pandemiya ilə bağlı yeniliklər də əlavə olunmalıdır”.

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun