Zoğal həm xalq təbabətində, həm də müasir tibdə dəyərli bitkilərdən sayılır.
E-saglam.az xəbər verir ki, onun tərkibi antioksidantlar, vitaminlər və faydalı turşularla zəngindir. Mütəxəssislər gündə 75-100 qram zoğal qəbul etməyi tövsiyə edirlər.
Zoğalın əsas faydaları:
Sidik yollarını infeksiyalardan qoruyur
"Pis" xolesterini azaldır, ürək-damar sağlamlığını dəstəkləyir
C və B vitaminləri, kalium, dəmir və sinklə zəngindir
Yağ toxumasını parçalayır, arıqlamağa kömək edir
Mədə-bağırsaq xəstəlikləri riskini azaldır
Tərkibindəki pektin və antioksidantlar bədəni zərərli maddələrdən təmizləyir
Xroniki iltihabları azaldır
Hüceyrələrin yenilənməsini dəstəkləyir
İmmuniteti gücləndirir və orqanizmin müdafiəsini artırır
Ürək əzələsini möhkəmləndirir və qan dövranını yaxşılaşdırır
Zoğal necə yeyilməlidir?
Ən faydalı forması təzə haldadır, lakin turş dadına görə çox zaman kompot, mürəbbə, smuzi və ya çay şəklində istifadə olunur. Zoğal yarpaqları ilə dəmlənən çaylar və toxum yağı da olduqca faydalıdır.
Kimlər ehtiyatlı olmalıdır?
Zoğal mədə xorası, yüksək turşuluq, zəif diş minası, urolitiyaz və allergiya hallarında diqqətlə istifadə edilməlidir. Diabet xəstələri isə mütləq həkimlə məsləhətləşməlidirlər.
Zoğal reseptləri:
Zoğal mürəbbəsi: 1 kq zoğal, 1 kq şəkər, 100 ml su ilə bişirilir.
Zoğal smuzisi: zoğal, banan, qatıq və bal ilə qarışdırılır.
Zoğal çayı: əzilmiş zoğal, qaynar su, darçın və bal ilə hazırlanır.
Zoğalın saxlanması: Ən ideal üsul dondurmadır. Beləliklə, vitamin və antioksidantlar qorunur. Qurudulmuş zoğal daha çox kalori və şəkər ehtiva etdiyindən az miqdarda istifadə olunmalıdır.
Tərcümə: Könül Oruc