Tibbi xəbərlər
Azərbaycanda koronavirusa yoluxanların sayı açıqlandı
Tibbi xəbərlər
252

Azərbaycanda koronavirusa yoluxanların sayı açıqlandı

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1 703 yeni yoluxma faktı qeydə alınıb, 2 180 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan E-saglam.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 24 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 593 588 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 560 999 nəfər müalicə olunaraq sağalıb, 7 929 nəfər vəfat edib, aktiv xəstə sayı 24660 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 13 211, ötən müddət ərzində isə ümumilikdə 5 578 401 test aparılıb.

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun