Tibbi xəbərlər
Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı AÇIQLANIB
Tibbi xəbərlər
248

Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı AÇIQLANIB

Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlanıb.

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 115 yeni yoluxma faktı qeydə alınıb, 159 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan E-saglam.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 6 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 791 077 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 779 987 nəfər müalicə olunaraq sağalıb, 9 633 nəfər vəfat edib. 1 457 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 5 337, bu günə qədər isə ümumilikdə 6 646 110 test icra olunub.

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun