Tibbi xəbərlər
Bakıda çəkisi 6 kq olan
Tibbi xəbərlər
258

Bakıda çəkisi 6 kq olan körpə doğulub

Kliniki Tibbi Mərkəzin Doğum-Ginekologiya şöbəsində 6 kq çəkidə körpə dünyaya gəlib.

E-saglam.az xəbər verir ki, 10.01.2025-ci il saat 20:30 tarixində Kliniki Tibbi Mərkəzin Doğum-Ginekologiya şöbəsində çəkisi 6 kq, boyu 58 sm olan qadın cinsli uşaq dünyaya gəlib. Ginekologiya şöbəsinin mama-ginekoloqu Solmaz Mehdiyevanın həyata keçirdiyi təbii doğuşla dünyaya gələn körpə müddətinə görə iri çəkili uşaq hesab olunur.

Hipoksiya ilə doğulan körpə N-SPAP və süni tənəffüs aparatlarına qoşulub. Müalicələr nəticəsində körpənin səhhətində müsbət dinamika qeyd olunub, hazırda çarpayı rejimində nazal oksigen terapiyasındadır.

Hazırda körpənin vəziyyəti orta-ağır və ananın vəziyyəti stabil qiymətləndirilir.

E-saglam.az 

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun