Qidalanma
Bu meyvə ilə sağlamlığınız
Qidalanma
501

Bu meyvə ilə sağlamlığınız yenidən formalaşacaq

Elmi araşdırmalar göstərir ki, gündə iki ədəd manqo istehlakı qan təzyiqini aşağı salır, pis xolesterini azaldır və xüsusilə 50 yaşdan yuxarı qadınlarda ürək-damar sağlamlığını gücləndirir.

E-saglam.az xəbər verir ki, ABŞ-də aparılan bir tədqiqat zamanı 50 yaşdan yuxarı qadınlara iki həftə ərzində gündə 1,5 stəkan manqo verilib. Nəticələrə görə, sistolik qan təzyiqi 6 bal, pis xolesterin (LDL) isə təxminən 13 bal aşağı düşüb.

Manqo həmçinin:

- Qan şəkərini tarazlayır,

- Antioksidantlarla zəngindir,

- Həzmi və bağırsaq hərəkətlərini tənzimləyir,

- Dərini qocalmadan qoruyur,

- İmmuniteti gücləndirir,

- Göz və damar sağlamlığını dəstəkləyir,

- Bəzi xərçəng növlərinə qarşı qoruyucu təsir göstərir.

Mütəxəssislər bu meyvənin xüsusilə postmenopozal qadınlarda infarkt və insult riskini azaltmaq baxımından faydalı olduğunu bildirirlər.

Unutmayın: Manqonu müntəzəm istehlak etməzdən əvvəl fərdi sağlamlıq vəziyyətinizi nəzərə alaraq həkimlə məsləhətləşmək tövsiyə olunur.

Tərcümə: Könül Oruc

 

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun